Son vaxtlar "Səbail"də maddi durumun pisləşməsi bu komandanın futbolçularına marağı yenidən gündəmə gətirib.

 

Rekord.az xəbər verir ki bu mənada Ağabala Ramazanov daha çox diqqət mərkəzindədir.

 

Əldə etdiyimiz məlumata görə "Zirə" yenidən ona dəvət göndərib. Qışa kimi vəziyyət düzəlməsə böyük ehtimalla Ramazanov yenidən "Zirə" ilə danışıqlara başlayacaq.