"Zirə"nin yeni baş məşqçisi Zaur Həşimovun sabiq baş məşqçi Samir Abasovun dövründə edilən bəzi transferlərdən narazı qalması haqda yazmışdıq. Bildirmişdik ki Həşimov həmin futbolçuları qışdan sonra sərəncamında görmək istəmir.

 

Lakin Rekord.az xəbər verir ki bu heç də asan olmayacaq.

 

İş ondadır ki həmin futbolçuların klubla müqaviləsi var və göndəriləcəkləri halda təzminatlarını bütünlüklə almaq niyyətindədilər. Bu isə az vəsait deyil. Məhz bu səbəbdən rəhbərlik həmin futbolçularla hələlik ki dil tapa bilmir.