![photo](https://www.rekord.az/storage/uploads/5/cantakias-3.jpg)
“Zirə”də 100 oyuna çıxan ilk legioner
- 04 Sen 2023 19:21
- 306
Dmitrios Çantakias “Zirə” klubunda 100 oyuna çıxan ilk legioner futbolçu olub.
Rekord.az "qartallar"ın rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçinin yubileyi "Qəbələ"yə səfərdə 0:1 hesabı ilə uduzduqları V turun matçına təsadüf edib.
Qeyd edək ki, yunanıstanlı oyunçu 2020-ci ildən paytaxt təmsilçisinin formasını geyinir.