“Zirə” PFK yeni futbolçu ilə müqavilə bağlayıb.

Rekord.az xəbər verir ki, paytaxt təmsilçisi Kayo Rangellə anlaşıb. 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 24 yaşlı braziliyalı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, futbolçu daha əvvəl ölkəsinin "Kruzeyro", "Krisiuma", "Yuventude", "Parana", "San Bento", "Ferrovayra", İtaliyanın "Kalyari", Portuqaliyanın "Arouka" və "Eştoril",  klublarının da şərəfini qoruyub. Braziliyanın 17 yaşadək futbolçulardan ibarət millisində də 8 oyun keçirən vinger 3 dəfə fərqlənib.