“Zirə” klubu heyətinə yeni qapıçı qatmağa hazırlaşır.

Rekord.az xəbər verir ki, qəsəbə təmsilçisi braziliyalı Mateus Albino Karneyro ilə anlaşıb.

25 yaşlı oyunçu məhz “Zirə”dən aldığı təklifə görə Braziliya C Seriyasında çıxış edən "Londrina" ilə müqaviləsini ləğv etməyə hazırlaşır. Futbolçunun yaxın günlərdə Bakıya səfər etməsi gözlənilir.

Karneyo "Zirə"yə keçidi barədə bunları söyləyib: "Xaricdən gələn təklif mənim və ailəm üçün çox vacib idi. Həmişə Avropa futbolunda oynamağı arzu etmişəm. "Londrina" azarkeşlərinə və kluba mənə dəstək olduqları üçün təşəkkür edirəm. Burada yaşadığım hər şeydən çox mənunam. Heyətdəki futbolçular və məşqçilər korpusu ilə dost oldum, klubu televiziya və sosial şəbəkələrdə izləməyə davam edəcəyəm. 

Qeyd edək ki, Karneyro 2018-ci ilin noyabrından "Londrina"da çıxış edirdi.