Bir müddət bundan qabaq “Zirə”də büdcənin azaldılması məsələsi gündəmdə idi. Buna səbən pandemiyanın klubun sponsorlarının gəlirlərinə ciddi şəkildə təsir etməsi idi.

Lakin Rekord.az xəbər verir ki, Rəşad Sadıqovun təyinatından sonra vəziyyət dəyişib.

Çünki rəhbərliklə görüşdə Rəşadın əsas şərtlərindən biri də normal büdcə olub. Fəxri prezident Orxan Məmmədov isə bu barədə problemin olmayacağına dair söz verib. Bir sözlə, “Zirə”nin büdcəsində heç bir azalma olmayacaq əksinə, ola bilsin hələ cüzi artım oldu.