“Zirə” daha üç futbolçusu ilə yollarını ayırıb.

Rekord.az xəbər verir ki, paytaxt təmsilçisi Riçard Qadze, Mfo Kqasvane və Bəxtiyar Həsənalızadə ilə vidalaşmağa qərar verib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Zirə” adı çəkilən futbolçulara göstərdiyi xidmətlərə görə təşəkkür edib, onlara gələcək karyerasında uğurlar arzulayıb.

“Zirə” daha öncə Emil Balayev, Cavid Hüseynov, Tellur Mütəllimov, Orxan Sadıqlı, Yovan Krneta, Miloş Bakraç, Boyan Zoqoviç, Şafik Tiqrudca, Adrian Skarlatake və Nicat Süleymanovla da vidalaşmışdı.