Rəşad Sadıqovu baş məşqçi postuna gətirən "Zirə" ilk olaraq çempionluğu hədəfləmədiyini açıqlamışdı. Bildirilmişdi ki, komanda ilk növbədə 4-cü yer uğurunda mübarizə aparacaq.

Lakin Rekord.az xəbər verir ki, komandanın cari mövsümə uğurlu start verməsi, 5 turdan sonra zirvəıdə qərarlaşması rəhbərliyin hədəfini də dəyişib.

Əldə etdiyimiz məlumata görə, baş məşqçi Rəşad Sadıqovla birlikdə komandanın çempionluq imkanları dəyərləndirilib və belə qərar verilib ki, hazırkı şəraitdə 1-ci pillə uğurunda mübarizə aparmaq olar. Bu, şərt kimi qoyulmayıb, amma komanda çempionluq uğurunda mübarizəyə qoşulacaq.