
“Zirə”də iki yeni müqavilə
- 01 Fev 2025 12:45
- 154
"Zirə" iki futbolçusu ilə müqavilə müddətini artırıb.
Rekord.az xəbər verir ki, "qartallar" Salifu Suma və İssa Cibrilla ilə yeni sözləşmə imzalayıb.
Yeni müqaviləyə əsasən hər iki futbolçu 2027-ci ilin yayında qədər paytaxt təmsilçisinin şərəfini qoruyacaq.
İssa Cibrilla 2022, Salifu Suma isə 2023-cü ildən “Zirə”nin formasını geyinir.