![photo](https://www.rekord.az/storage/uploads/5/fakundo-melivilo.jpg)
“Zirə”də ilk argentinalı və ya debütdə qol vuran 6-cı futbolçu
- 15 Mar 2021 18:20
- 628
Fakundo Melivilo “Zirə”də debüt edib.
Rekord.az xəbər verir ki, 29 yaşlı hücumçunun debütü Azərbaycan Premyer Liqasının 20-ci turunda rəsmiləşib.
Argentinalı legioner “Qəbələ” ilə səfər oyununda (1:1) meydana çıxıb.
Melvilo “Zirə”nin tarixində ilk argentinalı oyunçusudur. Ona qədər 29 ölkədən 51 legioner bu komandanın formasını geyinib.
Cənubi amerikalı qol hesabını debüt matçında açan 6-cı futbolçu kimi tarixə düşüb. “Qəbələ” ilə qarşılaşmayadək Viktor İqbekoyi, Aleksandr Dedov, Pərdis Fərcad-Azad, Ağabala Ramazanov və Musa Qurbanlı ilk oyunda fərqlənib.