![photo](https://www.rekord.az/storage/uploads/5/tiaqo-silva.jpg)
“Zirə”də portuqaliyalı qapıçı
- 19 İyl 2023 22:39
- 722
“Zirə” yeni əcnəbi futbolçunu transfer edib.
Rekord.az xəbər verir ki, portuqaliyalı qapıçı Tiaqo Silva qəsəbə təmsilçisinin heyətinə cəlb olunub.
23 yaşlı qolkiper yeni komandası ilə 2+1 illik müqavilə imzalayıb.
Silva daha əvvəl ölkəsinin “Vitoriya Gimaraynş”, “Leyşoyş” və “Trofense” klublarının şərəfini qoruyub.