Məlum olduğu kimi, "Zirə"də uzun müddətdir ki, klub prezidenti postu yoxdur.

Rekord.az xəbər verir ki, klubun fəxri prezidenti, baş meneceri və baş məşqçisi var.

Amma Rəşad Sadıqov baş məşqçi olsa da faktiki klub prezidenti statusuna sahibdir. Yəni fəxri prezident Orxan Məmmədov klubun idarəçiliyi ilə bağlı bütün səlahiyyətləri məhz dostu olan Sadıqova verib. Hətta bizə çatan məlumata görə, "Zirə"də bundan sonra klub prezidenti postunu heç kim tutmayacaq.