Bu ilin əvvəlində «Qəbələ»dən «Zirə»yə gələn Davit Volkov tezliklə Azərbaycanı tərk edə bilər.

Rekord.az-ın məlumatına görə, gürcü yarımmüdafiəçinin meneceri bu məqsədlə kluba məktub ünvanlayıb.

Agent müqaviləsi gələn yay bitəcək futbolçunun gələcəyini ölkəmizdə görmədiyini və rahat hiss etmədiyini bildirib. O, müştərisinin 2 aylıq maaşının ödənilməsini də xahiş eləyib. (sportinfo.az)