Növbəti mövsümə hazırlaşan “Zirə” yeni futbolçu ilə anlaşıb.

Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi Norveçin “Jerv” klubundan Ange Mutsinzini transfer edib.

Ruandalı müdafiəçi ilə 3 illik müqavilə bağlanıb.

26 yaşlı futbolçu karyerası ərzində ölkəsinin “Muhanqa”, “Rayon Sports”, APR, Portuqaliyanın “Trofense” klublarında da çıxış edib. O, Ruanda millisinin heyətində 16 matça çıxıb.