"Zirə"nin Ali Sesayla yollarını ayırmasının təfərrüatı məlum olub.

Rekord.az xəbər verir ki, futbolçunun aylıq maaşı 10 min manata yaxın idi.

Lakin Rəşad Sadıqov onun xidmətində maraqlı olmadığı üçün tərəflər qarşılıqlı razılıqla müqaviləyə vaxtından əvvəl xitam verib. Müqavilənin mövsümün sonunda başa çatacağını nəzərə alsaq, “Zirə” təzminat kimi Ali Sesayla 50 min manat pul ödəməli idi. Lakin bizə daxil olan məlumata görə, tərəflər 30 min manata razılaşıb əl sıxıblar.