“Zirə”dən ardıcıl üçüncü qələbə
- 21 Dek 2023 13:40
- 233
Minifutbol üzrə Azərbaycan çempionatında 3-cü turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, çempionluğa iddialı “Zirə” yoluna itkisiz davam edir.
“Sumqayıt”ı üstələyən adı çəkilən komanda ardıcıl üçüncü qələbəsini qazanıb.
Azərbaycan millisinin sabiq futbolçularından təşkil olunan “İnter” isə “Odlar Yurdu”na məğlub olub.
Turun digər oyunlarında “Dirçəliş” “Siyəzən”ə (7:2), “Birbaşa Bakı” “Dinamo Gəncə”yə (9:1) qalib gəliblər. “Real Bakı” – “Aznur” (2:2) və “Atəşgah Suraxanı” – “Abşeron” (3:3) görüşləri heç-heçə yekunlaşıb.
Azərbaycan çempionatı
3-cü tur
“Real Bakı” – “Aznur” 2:2
“Siyəzən” – “Dirçəliş” 2:7
“Birbaşa Bakı” – “Dinamo Gəncə” 9:1
“Atəşgah Suraxanı” – “Abşeron” 3:3
“Baku Fire” – “Turan” 1:1
“Odlar Yurdu” – “İnter” 4:3
“Veteran” – “Qalaksi Bakı” 3:3
“Zirə” – “Sumqayıt” 5:1