Bir müddət əvvəl “Zirə” ilə yollarını ayıran Klesio Bauk yeni komanda axtarışını davam etdirir.

Rekord.az xəbər verir ki, mozambikli hücumçuya bir neçə ölkədən təklifi var.

27 yaşlı forvardı istəyənlər arasında Azərbaycan klubu da var. Saytımıza daxil olan məlumata görə, həm "Keşlə", həm də "Səbail" Bauka təklif göndərib. Lakin mozambikli hər iki klubun təklifini geri çevirib. Sabiq “Zirə”li, ümumiyyətlə, ölkəmizdə oynamaq fikrində deyil.