“Zirə”dən ayrılan futbolçu Slavik Alxasov “Turan Tovuz”a keçib.

Rekord.az xəbər verir ki, bu barədə Tovuz təmsilçisi məlumat yayıb.

30 yaşlı müdafiəçi ilə 1 illik rəsmi müqavilə imzalanıb.

Alxasov karyerası ərzində “Sumqayıt”, “Xəzər Lənkəran”, “Keşlə” və “Sabah” klublarının da formasını geyinib.