![photo](https://www.rekord.az/storage/uploads/5/d2ae8ad6-4d3b-350c-b921-273c23ed4623-850.jpg)
“Zirə”dən ayrıldı, Rusiyanın 1-ci Liqa klubuna keçdi
- 03 İyl 2023 21:41
- 348
Ötən mövsümün sonunda "Zirə"dən ayrılan Nemanya Andelkoviç Rusiyanın "Akron" komandasına keçib.
Rekord.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
Serbiyalı müdafiəçi 1-ci Liqa təmsilçisi ilə uzunmüddətli müqavilə imzlayıb. Sözləşmənin detalları açıqlanmayıb.
26 yaşlı oyunçu yeni komandasında 26 nömrəli formanı geyinəcək.
Andelkoviç 2021-ci ilin yanvarından "Zirə"də çıxış edirdi.