"Hazırda "Zirə" ilə müqaviləm var və yeni mövsümün sonu başa çatacaq. İndi istirahətdəyəm".

Rekord.az xəbər verir ki, bu sözləri sportinfo.az-a açıqlamasında "Zirə"nin üzvü Şəhriyar Rəhimov deyib.

"Zirə"yə kimi "Səbail"də oynadığı zaman davamlı milli komandaya çağrılan futbolçu "Zirə"yə gələndən sonra heyətə az-az düşməyə başladı. Bunun nəticəsi olaraq Rəhimov həm də milliyə çağrılmamamağa başladı.

Təcrübəli müdafiəçi düşdüyü duruma görə "Zirə"yə keçidinə peşman olmadığını və komandasından ayrılmaq haqda düşünmədiyini sözlərinə əlavə edib: "Bu futboldu. Hər şey ola bilər. Xeyirlisi beləymiş demək. Yox, nə peşmançılıq olsun. Əsas komandanın uğurlu çıxışıdır. 18 yaşında deyiləm ki, oturub özümü fikirləşim. Ayrılmaq barədə nəsə danışıq olmayıb. Komanda ilə hələ davam edən müqaviləm var".

Xatırladaq ki, ötən yay "Səbail"dən "Zirə"yə transfer olunan Şəhriyar Rəhimov başa çatan mövsüm 10 oyunda forma şansı qazanıb.