“Zirə”də yaşanan maddi sıxıntı və büdcəa zalması aparıcı futbolçuların gedişinə səbəb ola bilər.

Rekord.az-a daxil olan məlumata görə, belə futbolçulardan biri də Manuel Skarlatakedir.

Belə ki, rumıniyalı futbolçununm klubla müqaviləsi başa çatıb. Lakin hələlik yeni müqavilə imzalanmayıb. Klub rumının qalmasında maraqlıdır. Lakin Skarlatake büdcə ilə bağlı durumdan narahat olduğu üçün qərar verməyə tələsmir. Rumıniyaya gedib bir müddət dincəlmək, yalnız bundan sonra gələcəyi ilə bağlı qərar verməyi düşünür.