"Zirə"dən göndərildi
- 2020-09-16 13:00
- 987
Bu ilin əvvəlində “Zirə” ilə müqavilə bağlayan George Anton əsas komandadan uzaqlaşdırılıb.
Rekord.az xəbər verir ki, moldovalı legionerə özünə klub tapması tapşırılıb.
Qəsəbə təmsilçisinin yeni mövsüm üçün sifariş ərizəsinə daxil etmədiyi 27 yaşlı yarımmüdafiəçi buradan getməyə razılıq verib. Sadəcə, hələlik bir real alıcısı ortalığa çıxmayıb.
Moldova millisinin üzvü başqa komanda tapana kimi fərdi məşq edəcək və maaşını alacaq. Daha əvvəl ölkəsində “Zimbru” və “Şerif”in də şərəfini qorumuş futbolçunun “Zirə“ ilə müqaviləsi hələ 1 il də qüvvədədir. (sportinfo.az)