“Zirə” futbolçusu Ruan Renato ilə müqavilənin müddətini uzadıb.


Rekord.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.


Yeni sözləşməyə əsasən, braziliyalı oyunçu 2027-ci ilin yayına qədər “qartallar”ın şərəfini qoruyacaq.


Renato 2023-cü ildən “Zirə”nin formasını geyinir.