Azərbaycan Premyer Liqasının koronavirus pandemiyası üzündən dayandırılan 2019/20 mövsümündə 10 ev oyununa çıxan “Zirə” öz meydanında 16 qol vurub. 

Rekord.az xəbər verir ki, “qartallar”ın “doğma divarlar” arasındakı məhsuldarlığı 1,60-a bərabərdi. Bu, komanda üçün rekord göstəricidi. “Zirə” mövsüm bərpa edildikdən sonra bu göstəricini qoruya bilsə, rekordu rəsmiləşdirəcək.

Əvvəlki illərdə 2 dəfə evdəki orta məhsuldarlığı 1,50-yə bərabər olan komanda həmin göstəricini arxada qoyur. Həmin rekord gümüş mükafat qazanılan 2015/16 və avrokuboklara vəsiqə əldə edilən 2017/18 mövsümlərində qeydə alınıb.

Qeyd edək ki, ümumilikdə 70 ev matçında 92 qol vuran “Zirə”nin orta məhsuldarlığı 1,31-di.