"Turan Tovuz"un baş məqşçisi Kurban Berdiyev Misli Premyer Liqasının 25-ci turu çərçivəsində doğma meydanda "Zirə"yə qarşı keçirdikləri oyunu şərh edib.


Rekord.az xəbər verir ki, təcrübəli mütəxəssis 0:2 hesabı ilə məğlub olduqları matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:


“Zirə" kimi komandalarla oyunda erkən qol buraxanda sonradan toparlanmaq çətin olur. Onların əsas ümidi əks-hücumlara idi. Dəyişikliklərdən sonra meydanın mərkəzini rəqibə vermiş olduq və ikinci qolu buraxdıq. "Zirə"ni layiqli qələbə münasibətilə təbrik edirəm.


Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır. Yalnız bunu bacarsaq, mövsümü uğurlu saya bilərik”.