Minifutbol üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

Rekord.az xəbər verir ki, müntəzəm mövsümdə 15 matçın hamısında qalib gələn “Zirə” “Aznur”a uduzub – 0:2.

“Birbaşa Bakı” “İnter”i, “Odlar Yurdu” “Abşeron”u 4:1 hesabı ilə üstələyib.

“Real Bakı” – “Qalaksi” görüşündə qalib müəyyənləşməyib – 1:1.

Mərhələnin cavab görüşləri aprelin 10-da keçiriləcək.