Futbol üzrə Azərbaycan Premyer Liqasının 3-cü turunda keçirilməsi planlaşdırılan "Zirə" - "Araz-Naxçıvan" oyunu təxirə salınıb.

Rekord.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

"Qartallar" Konfrans Liqasının pley-off mərhələsində Kiprin "Omoniya" kollektivi ilə matça yaxşı hazırlaşmaq məqsədi ilə PFL-ə müraciət edib. Naxçıvan klubu isə buna razı olub.

Bundan əlavə, 4-cü turunda “Şamaxı” – “Zirə” matçı ilə 12-ci turun “Zirə” – “Şamaxı” oyununun yerləri dəyişdirilib.