Açıq-saçıq geyimləri və paylaşdığı fotolarla daim gündəmdə olan "Çaykur Rizəspor"un futbolçusu Mikolo Morozyukun həyat yoldaşı İrina Morozyuk klub prezidenti olub.

"Rekord.az" xəbər verir ki, ukraynalı gözəl bu barədə "Instagram"da yazıb.

İrina bildirib ki, Ukraynanın Lvov şəhərindəki "Lion" klubunun prezidenti olub: "Lion Lvov" klubunun prezidenti olduğum üçün fəxr edirəm. Böyük hədəflərimiz var".