«Zirə»nin futbol akademiyası tezliklə fəaliyyətini tamamilə dayandıra bilər.

Rekord.az xəbər verir ki, qəsəbə klubu belə bir təhlükə ilə üzləşib.

Belə ki, «qartallar» büdcə çatışmazlığı səbəbindən artıq 5 aya yaxındır burada çalışan məşqçi və işçilərin məvacibini verə bilmir. Yaxınlarda əvəzedici komandasını ləğv edən və I Divizionda iştirakınıı davam etdirməsini məqbul saymayan «Zirə» rəhbərliyi ümidini AFFA-ya bağlayıb. (sportinfo.az)