Futbol üzrə Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində baş tutan “Sumqayıt”la ev oyununda  (1:0) meydana çıxan İlkin Muradov "Zirə"nin heyətində 100-cü matçını keçirib.

Rekord.az xəbər verir ki, o, Premyer Liqada 86, Azərbaycan kubokunda 14 dəfə şans qazanıb. Yarımmüdafiəçi turnirlərin hərəsində 2 qola imza atıb.

İlkin klub tarixində 100 və daha çox oyun keçirən ikinci futbolçudur. Onadək yalnız Adil Nağıyev buna nail olub. Sabiq müdafiəçi “Zirə”də 103 dəfə meydana çıxıb.

Muradovun “Zirə”nin heyətindəki ilk oyunu 2017-ci il aprelin 29-na təsadüf edib. Həmin gün “Zirə” Premyer Liqanın səfər matçında AZAL-ı 3:0 hesabı ilə məğlub edib.