“Zirə”nin futbolçusu Qismət Alıyev cərrahiyə əməliyyatı keçirib.
Rekord.az klubun saytına istinadən xəbər verir ki, müdafiəçi İstanbulda qasıq nahiyəsindən əməliyyat keçirib.
Alıyevin 4 həftədən sonra məşqlərə başlayacağı gözlənilir.