“Zirə”nin futbolçusu: “Haqqımda yazılanlar doğru deyil”
- 07 Yan 2024 13:45
- 328
Bir neçə gün əvvəl nüfuzlu “Transfermarkt” portalı və Ukrayna mediası “Zirə”nin ukraynalı hücumçusu Vladislav Kulaçın klubdan ayrılması və azad agent statusu alması barədə məlumat yayıb.
Rekord.az xəbər verir ki, 30 yaşlı forvard bu barədə Ukraynanın sport.ua saytına açıqlama verib. O, açıqlamasında bu məlumatı təkzib edib:
“Zirə” ilə müqaviləm 2023/2024 mövsümünün sonuna qədər qüvvədədir. Hazırda “Zirə”nin futbolçusuyam. Başa düşə bilmirəm ki, niyə azad agent olduğum barədə məlumat yayılıb. Yazılanlar doğru deyil. İndi nəzəri məşğələyə getdiyim üçün uzun danışa bilməyəcəyəm”.
Qeyd edək ki, Kulaç 2023-cü ilin yanvar ayından "Zirə"də oynayır.