“Zirə”nin futbolçusu rəsmən “Sabah”da!
- 27 May 2021 12:30
- 710
“Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, “Zirə”nin yarımmüdafiəçisi Elvin Camalov bundan sonra “Sabah”ın uğurları üçün çalışacaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb.
Azərbaycan milli komandasının da üzvü olan Camalov, karyerası ərzində “Qəbələ” (2013-2019) və “Zirə” (2019-2021) komandalarında çıxış edib.