"Zirə"nin futbolçusu şəhid oldu
- 03 Okt 2020 12:00
- 1402
Ermənilərin Qarabağda hücum əməliyyatları nəticəsində daha bir azərbaycanlı futbolçu dünyasını dəyişib.
Rekord.az-ın məlumatına görə, İlqar Bürcəliyev Tərtərdə qəhrəmancasına şəhid olub.
O, «Zirə»nin 17 yaşlılardan ibarət komandasının şərəfini qoruyub. Gəncədə torpağa tapşırılan İlqar klub rəhbərliyinin iştirakı ilə son mənzxilə yola salınıb.
İlqarın həqiqi hərbi xidməti gələn ilin yayında başa çatacaqdı. Hazırda onun qardaşı Tamerlan «Zirə»nin 19 yaşlılarında çıxış edir.