“Zirə”nin futbolçusu Zambiya üzərində qələbəyə sevindi
- 22 Noy 2023 23:45
- 235
“Zirə”nin yarımmüdafiəçisi İssa Cibrielanın şərəfini qoruduğu Niger millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.
Rekord.az xəbər verir ki, sözügedən komanda doğma meydanda Zambiyanı 2:1 hesabı ilə məğlub edib.
İssa da bu oyunun iştirakçısı olub. 74 dəqiqə meydanda olan yarımmüdafiəçi komandasının ikinci qolu zamanı assist müəllifi olub. O, ikinci hissədə sarı vərəqə də alıb.