“Zirə”nin futbolçusu Cəlal Hüseynovun Portuqaliyanın “Benfika” klubunun düşərgəsinə yollanması  yaya qala bilər.

Rekord.az xəbər verir ki, hazırkı dönəmdə viza almaq mümkün deyil.

Vizanı Fransa səfirliyi verməlidir. Daha doğrusu, Portuqaliyanın Azərbaycanda səfirliyi olsa da, konsulluq xidməti olmadığından, bu ölkəyə viza məsələlərini Fransanın Bakıdakı diplomatik nümayəndəliyi həyata keçirir. Onlar da bunun üçün Portuqaliyanın İstanbuldakı səfirliyinə müraciət edib Lakin istanbuldan gələn cavab bu olub ki. Futbolçu hələ bir müddət gözləməlidir. Yubanma uzansa Cəlalın Portuqaliyaya gedişi yaya qalacaq.

Qeyd edək ki, Portuqaliyada koronavirusa yoluxma sayı çox olduğundan ölkə rəhbərliyi əcnəbilərin giriş-çıxışına ciddi məhdudiyyətlər qoyub.