“Zirə”nin hücumçusu Gürcüstan yığmasında debüt etdi
- 11 Noy 2021 23:23
- 435
“Zirə”nin hücumçusu Davit Volkov Gürcüstan millisinin heyətində debüt edib.
Rekord.az xəbər verir ki, 26 yaşlı hücumçu DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Tiflisdə İsveç yığmasına qarşı keçirilən oyunda meydana çıxıb. Volkov bu matçın 70-ci dəqiqəsində meydana buraxılıb.
Qarşılaşma Gürcüstan millisinin qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları Azərbaycan yığmasının sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğlu Xviça Kvaratsxeliya vurub. O, 61-ci və 77-ci dəqiqələrdə fərqlənməklə dubla imza atıb.
Davit Volkov hazırda 8 qolla Azərbaycan Premyer Liqasının bombardiridir.