“Zirə”nin koronavirusa yoluxanları sağaldı
- 07 Apr 2021 18:30
- 569
“Zirə”nin koronavirusa yoluxmuş legionerləri sağalıb.
Rekord.az xəbər verir ki, söhbət Riçard Almeyda ilə Fakundo Melivilodan gedir.
Klubun mətbuat xidmətindən verilən məlumata görə, hər iki futbolçunun son iki COVİD-19 testi neqativ çıxıb. Onlar artıq komandaya qoşulublar və növbəti oyunun hazırlığında iştirak edirlər.
Qeyd edək ki, “Zirə” Premyer Liqanın 22-ci turu çərçivəsində aprelin 11-də “Keşlə”ni qəbul edəcək.