«Zirə»nin mozambikli legioneri Klesio Bauk növbəti dəfə koronavirusa yoluxub.

Rekord.az xəbər verir ki, yarımmüdafiəçinin test nümunəsi pozitiv çıxıb.

Yayda «Qəbələ»dən gələn afrikalı komandanın yerləşdiyi bazada karantinə alınıb.

Bauk bir müddət əvvəl də bu xəstəliyə tutulmuşdu. Həmin vaxt ölkəsinin yığmasında olan futbolçuda simptomlar aşkarlanmışdı.