“Zirə”nin legioneri yığmada “Qarabağ”ın futbolçusuna rəqib oldu
- 18 Mar 2021 18:00
- 600
x“Zirə”nin hücumçusu Klesio Bauk Mozambik millisinə dəvət alıb.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, hücumçu ölkəsinin millisinin Afrika Millətlər kubokunun seçmə mərhələsində Ruanda və Kabo-Verdeyə qarşı keçiriləcək görüşləri üçün heyətə salınıb.
Mozambik millisi martın 22-də Ruanda ilə səfərdə, 30-da isə evdə Kabo-Verde ilə qarşılaşacaq. Kabo-Verde yığmasına “Qarabağ”ın futbolçusu Patrik Andrade dəvət alıb.