Futbol üzrə Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Zirə” ilə Təl-Əviv “Makkabi”si arasında keçiriləcək oyunların başlama saatı bəlli olub.

Rekord.az xəbər verir ki, iyulun 21-də Bakıda keçiriləcək oyun 20:00-da, iyulun 28-də Təl-Əvivdəki görüş isə Bakı vaxtı ilə 21:30-da start götürəcək.

İlk oyun "Dalğa Arena"da, cavab matçı isə "Blumfild" stadionunda baş tutacaq.