“Zirə”nin növbəti mərhələdəki potensial rəqibləri bəlli olur
- 19 İyn 2024 14:00
- 159
Bu gün Avropa Liqasında 2-ci təsnifat mərhələsinin püşkü atılacaq.
Rekord.az xəbər verir ki, mübarizəyə 1-ci mərhələdən başlayacaq Azərbaycan təmsilçisi "Zirə"nin də bu raunddakı potensial rəqibi bəlli olacaq.
Rəşad Sadıqovun komandası ilk turda Moldova "Şerif"ini keçsə, onu 4 variant gözləyir.
"Zirə"nin Avropa Liqasının 2-ci mərhələsindəki potensial rəqibləri
“Panatinaikos” (Yunanıstan)
“Makkabi” (İsrail)
“Elfsborq” (İsveç) – “Pafos” (Kipr) cütünün qalibi
“Paksi” (Macarıstan) – “Korvinul” (Çexiya) cütünün qalibi
Yeri gəlmişkən xatırladaq ki, "Şerif" – "Zirə" cütünün məğlubunu isə Konfrans Liqasının 2-ci mərhələsində 5 rəqibdən biri gözləyir
"Vaasa" (Fİnlandiya) – "Jalgiris" (Litva) cütünün qalibi
"Riqa" (Latviya)
"Olimpiya" (Sloveniya)
"Dunayska Streda" (Slovakiya)
"Banik" (Çexiya)