İyulun 11-də Avropa Liqasının 1-ci təsnifat mərhələsində səfərdə Moldova "Şerif"nin qonağı olacaq “Zirə”nin oyununa maraq yoxdur.

Rekord.az xəbər verir ki, matç 12746 nəfərlik  tamaşaçı tutumuna malik “Şerif Arena”da keçiriləcək və biletlər də satışa çıxarılıb.

Lakin bu günə olan son məlumata görə, klub heç 100 bilet sata bilməyib. Azarkieşlər 5-25 manat aralığında olan biletləri alıb oyuna gəlməkdə maraqlı deyil.