“Zirə”nin Avropa Liqasının 2-ci təsnifat mərhələsindəki mümkün rəqibi müəyyənləşib.

Rekord.az xəbər verir ki, 1-ci təsnifat mərhələsində “Şerif”lə qarşılaşacaq Rəşad Sadıqovun yetirmələri Moldova klubunu keçsə, “Elfsborq” (İsveç) – “Pafos” (Kipr) cütünün qalibi ilə görüşəcək.

Bu raundun oyunları iyulun 25-də və avqustun 1-də keçiriləcək. “Şerif” – “Zirə” cütünün qalibi ilk matça evdə çıxacaq.

“Zirə”nin “Şerif”lə ilk matçı iyulun 11-də Moldovada, cavab qarşılaşması ayın 18-də Bakıda baş tutacaq.