“Zirə”nin qış fasiləsindəki rəqibləri açıqlandı
- 28 Dek 2023 15:30
- 229
“Zirə”nin qış təlim-məşq toplanışının proqramı məlum olub.
Rekord.az xəbər verir ki, komanda yanvarın 3-də bir araya gələcək.
Hazırlığını Bakıda keçəcək “qartallar” toplanış müddətində 2 yoxlama oyunu keçirməyi planlaşdırıb. Komanda yanvarın 10-da “Araz-Naxçıvan”, 15-də isə “Qarabağ”la qarşılaşacaq. “Zirə” daha sonra Misli Premyer Liqasının 19-cu turunda “Səbail”ə qarşı keçirəcəyi oyuna hazırlaşacaq.