"Zirə"nin Avropa Liqasının 1-ci təsnifat mərhələsində rəqibi olan "Şerif" (Moldova) yoxlama görüşü keçirib.

Rekord.az xəbər verir ki, Tiraspol təmsilçisi Moldovanın digər klubu "Petrokub"la üz-üzə gəlib.

Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

"Şerif" və "Zirə" arasında keçiriləcək ilk görüş iyulun 11-də, saat 21:00-da “Şerif” İdman Kompleksində reallaşacaq. Cavab oyunu isə bir həftə sonra “Liv Bona Dea Arena" gerçəkləşəcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.