Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Zirə”nin rəqibi olan “Şerif” daha bir futbolçunu heyətinə qatıb.

Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Moldova millisinin futbolçusu Vadim Paireli “Milsami”dən transfer olunub.

"Şerif"in yetirməsi olan Pairel Moldova millisinin bütün yaş qruplarının formasını geyinib. O, əsas yığmada 5 oyuna çıxıb.

“Zirə”nin “Şerif”lə ilk matçı iyulun 11-də Moldovada, cavab qarşılaşması ayın 18-də Bakıda keçiriləcək.