Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində "Şerif"lə (Moldova) qarşılaşacaq "Zirə"nin ilk oyununun hakimi açıqlanıb.

Rekord.az xəbər verir ki, Moldovada baş tutacaq ilk matçı isveçrəli Alessandro Dudiç idarə edəcək.

"Şerif" - "Zirə" görüşü iyulun 11-i, saat 21:00-da, “Şerif” İdman Kompleksində keçiriləcək. Cavab oyunu isə 1 həftə sonra “Dalğa Arena" gerçəkləşəcək. Qarşılaşmanın start fiti saat 20:00 da səslənəcək.