"Zirə"nin qış fasiləsindən sonrakı taleyi kubokun 1/4 final mərhələsindəki nəticəsindən asılı olacaq.

Rekord.az-a daxil olan məlmata görə rəhbərlik kluba yeni transferlər üçün əlavə büdcə ayırıb-ayırmayacağına qarşıdakı iki oyundan sonra qərar verəcək.

Əgər Zaur Həşimov və komandası kubokun yarımfinalına yüksəlsə o zaman komandaya ən azı 3 legioner transfer olunacaq. "Zirə" kubokda mübarizəni dayandırsa o zaman ayrılması nəzərdə tutulan vəsaitin məbləği yarıbayarı azalacaq.