“Zirə” bugünlərdə yeni legionerlə müqavilə bağladı. Qəsəbə təmsilçisi Lazar Corceviçi heyətinə qatdı.

Rekord.az xəbər verir ki, 28 yaşlı serbiyalı mərkəz müdafiəçisiylə ikiillik müqavilə bağlandı.

Corceviç daha əvvəl ölkəsinin “Palilulaç”, “Voyvodina”, Şimali Makedoniyanın “Sileks”, Slovakiyanın “Koşitse”, “Jeleziarne Podbrezova” və Çexiyanın “Karvina” klublarının şərəfini qoruyub.

“Radinçki”dən gələn futbolçu “Zirə“də hər ay 10 min avro alacaq. Müqavilə şərtlərinə görə, komanda Premyer Liqada, yaxud ölkə kubokunda uğur qazanar və avrokuboklara vəsiqə əldə edərsə, onun gəliri əhəmiyyətli dərəcədə artacaq. (sportinfo.az)